O gecə gördüklərimi hələ də unuda bilmirəm
20 Yanvar faciəsi bizim qan yaddaşımızdır. Heç bir zaman bu tarixi unutmayacağıq. Əfsuslar olsun ki, xalqımız belə bir faciə yaşadı. Həmin gecə neçə-neçə övladlarımızı, cavanlarımızı itirdik, neçə ailənin çırağı söndü. Sovet ordusunun xalqımıza qarşı törətdiyi vəhşiliyi nifrətlə yada salırıq