Belarusda keçirilən anım tədbirində sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qətliam pislənilib
Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdə səfirliyin əməkdaşları, Belarusda yaşayan Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər