Azərbaycan Berlin Beynəlxalq Yaşıl Həftə sərgisində təmsil olunur
Yanvarın 20-də Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik keçirilən 82-ci Beynəlxalq Yaşıl Həftə sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan milli stendi ilə təmsil olunur və ölkəmizin 20-ə yaxın özəl şirkətinin məhsulları nümayiş olunur