Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti həmvətənlərimizi öz ətrafına toplayır
Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Finlandiyanın ictimai-siyasi xadimləri, ölkədə fəaliyyət göstərən digər diasporların təmsilçiləri iştirak ediblər