“Terespol-Zirvə” klubunun atletləri Polşa birinciliyində fərqləniblər
Bilqoray şəhərində 15 yaşadək idmançılar arasında ağır atletika üzrə Polşa birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, iki yüzə yaxın idmançının iştirak etdiyi yarışda “Terespol-Zirvə” klubunun nümayəndələri də mübarizə aparıblar