İdmançılarımız Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəlində liderliklərini qoruyublar
Beynəlxalq Cüdo Federasiyası sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvləri, “Rio-2016”nın gümüş mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) liderliklərini qoruyublar