Bakı Şahmat Olimpiadasında üçüncü tur başlayıb
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura start verilib.
Azərbaycanın kişilərdən ibarət əsas millisi Macarıstan, ikinci yığmamız Hindistan, üçüncü komandamız Livan şahmatçıları ilə yarışır. Qadınlardan ibarət komandalarımızın rəqibləri Polşa, Almaniya və Qırğızıstan şahmatçılarıdır