Antalya sahillərində batan gəmidən 79 nəfər təxliyə edilib
Antalya sahillərində gəzinti gəmisi qəzaya uğrayıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində gəmidə olan sərnişinlərdən 79-u xilas edilib. İki nəfərin isə itkin düşdüyü bildirilir. İtkin düşənlərdən biri xarici ölkə vətəndaşıdır