Azərbaycan Formula-1 Avropa Qran-prisinin tarixinə özünəməxsus parlaq səhifə yazdı
Azərbaycan son illər iri miqyaslı tədbirlərə, o cümlədən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunlarının əla təşkili ilə diqqəti bir daha özünə yönəltdi