15 iyun - Azərbaycan tarixinə əbədi həkk olunmuş gün
İyunun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə universitetdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər