Avropa Parlamentinin nümayəndələri ilə Ədliyyə Nazirliyində görüş olub
İyunun 3-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai və Avropa Parlamentinin üzvü İveta Qriqule ilə görüşüb