Bakı neft buruqları arasında çəkilən şəkillərin rəqəmsal kompozisiyası sərgilənib
Parisdə “Gallery Digital ARTWORK” sərgisində məşhur fransız fotoqraf Jak Beneşin yeni rəqəmsal kompozisiyaları nümayiş olunub. Kompozisiyalar arasında fotoqrafın Bakı və Salyanda neft buruqları arasında çəkdiyi moda şəkillərindən hazırlanmış rəqəmsal kompozisiyası da tamaşaçılara təqdim olunub