Azərbaycan stendi Ər-Riyadda keçirilən “Səkkizinci Beynəlxalq Gün” adlı ənənəvi tədbirdə maraqla qarşılanıb
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində yerləşən Kral Feysəl məktəbində “Səkkizinci Beynəlxalq Gün” adlı ənənəvi illik tədbir keçirilib. Tədbirdə 40-a yaxın səfirlik və Krallığın dövlət qurumları iştirak edib. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi də artıq dördüncü dəfədir bu tədbirə qatılıb