İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı açıqlama yayıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, açıqlamada təşkilatın baş katibi İyad bin Amin Mədəninin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırımı nəticəsində həlak olanların xatirəsini yad etdiyi bildirilir