BDU-nun Qazax filialında mindən çox tələbə yaz imtahan sessiyasında iştirak edir
Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar filialın direktoru Arif Rüstəmovun rəhbərliyi ilə yığıncaq keçirilib, əvvəlcədən hazırlıq işləri görülüb