“Rusiya 2018”: İspaniya millisi İran yığmasını çətinliklə məğlub edib
İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün sonuncu görüşündə “B” qrupunda yer alan İran və İspaniya milliləri qarşılaşıblar. AZƏRTAC xəbər verir ki, “Kazan Arena”da keçirilən oyunda İspaniya yığması minimal hesabla qalib gəlib. Oyunda yeganə qol matçın 54-ci dəqiqəsində vurulub