Xarkovda dəm qazından zəhərlənən bir ailənin dörd üzvü ölüb
Fevralın 13-də Ukraynanın Xarkov vilayətində dəm qazından boğularaq bir ailənin 4 üzvü ölüb. Bu barədə AZƏRTAC Xarkov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.Ölənlərdən biri 38 yaşlı kişi, digəri 33 yaşlı qadın, ikisi isə 9 və 3 yaşlı uşaqlardı