Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək
Oktyabrın 30-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.