İtaliyada bədii gimnastika üzrə dünya kuboku və yeniyetmələr arasında beynəlxalq turnir keçirilib
İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə dünya kuboku və yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. AZƏRTAC xəbər verir ki, dünya kubokunda Azərbaycan həm qrup hərəkətləri komandası ilə, həm də fərdi çıxış proqramında təmsil olunub