Yanvarda əhali 3080,6 milyon manatlıq gəlir əldə edib
Cari ilin yanvarında Azərbaycan əhalisi 3080,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,2 faiz çox gəlir əldə edib. Onun orta hesabla hər nəfərə düşən həcmi 321,2 manat təşkil edib