Eşitmə qabiliyyəti məhdud rəqqasların çıxışı bakılı tamaşaçıları valeh edib
“British Council Azerbaijan” Böyük Britaniyanın ölkəmizdəki səfirliyi ilə birgə Britaniyanın dünya şöhrətli unikal rəqs ansamblı “Deaf Men Dancing”in Bakıda çıxışlarını təşkil edib. Ansambl eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarətdir