Hindistanlı idmançı: Belə bir şəhərdə keçirilən idman yarışında bir daha iştirak etmək istəyərdim
İnsanları sülh və həmrəylik ideyaları ətrafında birləşdirən “Gəncə Marafonu-2017” möhtəşəmdir. Marafonun keçdiyi marşrut çox gözəl idi. Qaçış zamanı ətrafı seyr etməkdən böyük zövq aldım. Bu sözləri AZƏRTAC-a müsahibəsində Hindistan vətəndaşı Romeş Sinqh deyib