Xarici investorların Azərbaycana marağı getdikcə daha da artır
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin