Tibb Universitetinin 1057 məzunu Hippokrat andı içib
Onlar yenə də həyəcanlı və sevincli idilər. Altı il əvvəl tələbə adı qazandıqları, indi isə həkim diplomuna yiyələndikləri üçün sevinirdilər. Lakin bu dəfə onların sevincinə ayrılıq havası, kədər notları da qarışmışdı. Axı, altı il təhsil aldıqları doğma Tibb Universitetinə “əlvida” deyirdilər