Hacıkənddə dolu və sel 114 evə ziyan vurub, 15-dək avtomobil yararsız hala düşüb
Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib. Güclü dolu səbəbindən qəsəbənin infrastrukturuna ciddi ziyan dəyib. Dolunun ölçüsü 3 santimetrə çatıb.
AZƏRTAC xəbər verir ki, 114 evin dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub