Balakənli fermerlər bu il 528 hektar sahədə tütün yetişdiriblər
Cari ildə Balakən rayonunun təsərrüfatlarında 528 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 27 hektar artıb. Balakənli fermerlər bu il 241 hektar sahədə “Virciniya” və 8 hektar sahədə “Berley” növlü ətirli tütün, 279 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər