Vasif Talıbovun xəstəliyi nədir? – “Sonuncu dəfə 17 il əvvəl diş çəkdirib”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə şok effekti yaratdı. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin əl-qolunu bağlasa da, onun qapı arxasında saxlanılacağı gözlənilən deyildi. Buna görə də Naxçıvan "xan"ının qəfil istefası ölkə gündəminin bir nömrəli hadisəsinə çevrildi.