Vətən müharibəsi şəhidi Cavid Paşazadənin xatirəsi əbədiləşdirilib
Bakının Binəqədi rayonundakı 217 saylı məktəbin yaxınlığında Vətən müharibəsi şəhidi Cavid Telman oğlu Paşazadənin adına bulağın açılışı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə rayon sakinləri, şəhidin oxuduğu məktəbin müəllimləri, eləcə də ictimai təşkilatların nümayəndələri iştirak ediblər