Azarkeşlər Tehranda keçiriləcək İran-İraq futbol matçını izləyə biləcəklər
Bu gün iki ildən sonra ilk dəfə olaraq futbol üzrə İran milli komandasının İraq yığması ilə oyununu azarkeşlər də izləyəcəklər. Tehranın “Azadi” stadionunda keçiriləcək qarşılaşmanı 10 min azarkeşin izləməsinə icazə verilib.
AZƏRTAC xəbər verir ki, bəzi mütəxəssislərin etirazına baxmayaraq, Prezident İbrahim Rəisinin