Biləsuvarda adı “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər yaxalanıb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Ağalıkənd kəndi ərazisində qanunsuz ov edən Biləsuvar rayon sakinləri Samir Rəsulov və Davud Kərimov saxlanılıblar