Stephen Kenny: Azərbaycan məğlub olsa belə, yaxşı təsir bağışlayır
Millimiz Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya yığmasının qonağı olacaq.
ONBİR qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransda rəqib komandanın baş məşqçisi Stephen Kenny`in açıqlamalarını təqdim edir:
“Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. Komandanın heyətinin çoxu Qarabağ`ın futbolçularından təşkil olunub. Qarabağ`ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır. Heyətdə müəyyən problemlərimiz var. Koronavirusdan sağalan Callum Robinson klubu ilə məşq edib. Çox güman ki, sabahkı oyunda ona şans verəcəyəm”.