Deputat: İşğaldan azad olunmuş Şuşamızda yenidən Vaqif Poeziya Günlərinin keçirilməsi tarixi hadisədir
Uzun illərdən sonra işğaldan azad edilmiş Şuşa şəhərimizdə böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günləri keçirildi. Poeziya Günlərinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər