Ermənistanın təcavüzü nəticəsində zərər çəkən sahibkarlıq subyektlərinə 4 milyon manatdan çox vəsait ödənilib
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən döyüş bölgəsindən kənarda yerləşən dinc şəhər və kəndlərimiz bombardman edilib. Nəticədə mülki əhaliyə və həmin rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər dəyib, onların normal işgüzarlıq fəaliyyəti pozulub