Polad Bülbüloğlu: Vaqif Poeziya Günlərinin keçirilməsi həm siyasi, həm də mədəni-tarixi əhəmiyyət daşıyır
Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Bülbülün ev-muzeyinin bərpa işlərindən sonra açılışında iştirak etdilər. Onların Bülbülün ev-muzeyinə gəlişi məni olduqca şad etdi. Prezidentə minnətdaram ki, bizə bu günləri yaşadır. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə də cansağlığı versin