Şuşa şəhərinin Baş Planı üzərində iş çərçivəsində bir sıra təkliflər hazırlanıb
Şuşada 36,2 kilometr yol bərpa olunacaq, 17,6 kilometr yeni yol salınacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Komitə sədri qeyd edib ki, Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb