Azərbaycanın işgüzar turizm imkanları Türkiyədə təbliğ olunur
Türkiyənin İstanbul şəhərində iyunun 28-də başlayan “ACE of MICE” turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərginin keçirildiyi İstanbul Konqres Mərkəzində xüsusi bannerlər vasitəsilə Azərbaycanın turizm imkanları ziyarətçilərə nümayiş etdirilir