Azərbaycan cüdoçuları yeniyetmələr arasında Avropa kuboku yarışlarında iştirak edəcəklər
İyulun 3-4-də Çexiyanın Teplisa şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək. Belə ki, oğlanlar arasında Babarəhim Mirzəyev, Xəyal Həsənov (50 kq), Eltac Yusifli, Aydın Rzayev (60 kq) və Əjdər Bağırov