Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 417 mindən çox test aparılıb
Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 6 min 627 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 417 min 102-yə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib