UEFA prezidenti: Bu mövsüm liqalar ləğv edilə bilər
UEFA prezidenti Aleksander Ceferin liqaların bu mövsüm ləğv olunma təhlükəsi ilə üzbəüz qaldığını etiraf edib. O, həmçinin ölkə federasiyalarının bir çıxış yolu tapacağına da inandığını qeyd edib.
ONBİR La Reppublica nəşrinə danışan Ceferin`in sözlərini sizlərə təqdim edir:
“Biz əgər liqaları bərpa etməkdə uğursuz olarsaq, çox güman ki, bu sezon itirilmiş olacaq. Bizim A, B, C planlarımız var. Şəraitdən asılı olaraq, mövsümü müvafiq olaraq, mayın ortası, iyunun əvvəli və ya axırı bərpa edə bilərik.
Həmçinin, bu mövsümü gələn mövsümün əvvəlində də sonlandıra bilərik. Liqalar və klublar üçün ən düzgün qərarı verməyə çalışacayıq.”