Juventus 90 milyon avro qənaət edə bilər
Juventus oyunçular və məşqçilərlə koronavirusun yaratdığı problemlərlə bağlı maaşların azaldılması məsələsində razılığa gəlib. ONBİR klubun rəsmi saytına istinadən xəbər verir ki, razılaşma kompensasiyaların 2020-ci ilin mart, aprel, may, iyun aylarının maaşları dəyərində azaldılacağını nəzərdə tutur. Yaxın həftələrdə bu razılaşma rəsmi olaraq, qaydalara uyğun şəkildə qüvvəyə minəcək.
Tərəflər arasında baş tutan bu anlaşmanın Juventus`a 90 milyon avro qənaət etməyə imkan verəcəyini bildirilir. Mövsümün başqa vaxta keçiriləcəyi halda, klub oyunçularla və məşqçilərlə kompensasiyaların artırılması ilə bağlı yenidən danışıqlar aparacaq.
Klub rəhbərliyi oyunçulara və məşqçilərə bu çətin anda anlayış göstərdikləri üçün təşəkkür edib.