Pirlo: Barcelona məni gözləyir
Juventus`un və İtaliya milli komandasının keçmiş yarımmüdafiəçisi Andrea Pirlo, koronavirus pandemiyası ilə bağlı yaranan fasilədən istifadə edərək, keçmiş həmkarı Fabio Cannavaro ilə Instagram canlı yayımında gələcəyi ilə bağlı danışıb. ONBİR Goal.com`a istinadən “Maestro”nun sözlərini sitat gətirir. Fabio`nun Juventus`un gənclər komandasına rəhbərlik edib-etməyəcəyi ilə bağlı sualına Andrea belə cavab verib:
“Xeyr. Qulaq as, mənə çox yerdən təklif gəlir. Bu dəqiqə xaricdən gələcək bütün zənglərə tam hazıram.”
Gələcəyi ilə bağlı Pirlo belə bir zarafat da edib:
“Barcelona məni gözləyir. Birinci seçimdə yanılmaq olmaz .”
Xatırladaq ki, daha öncə Andrea Pirlo`nun Juventus`un gənclər komandasının baş məşqçisi olacağı haqda xəbər yayılmışdı.