Giroud: Mən yanvarda İnter`ə getmək istəyirdim
ONBİR Sports.ru`ya istinad edərək Chelsea`nin 33 yaşlı fransız hücumçusu Olivier Giroud`un açıqlamalarını sizə təqdim edir:
“Mən yanvarda özümü başqa komandada görürdüm. Mənim qabağımda 6 çətin ay vardı, buna görə dəyişiklik etmək istəyirdim.
Mən getməyə cəhd elədim. Əslində Chelsea rəhbərliyi ilə müəyyən şərtlər çərçivəsində razılığa gəlmişdim, amma son nəticədə onlar məni buraxmadı. Onlar əgər mənim əvəzimə oyunçu tapa bilsələr, mənə komandadan getməyə icazə verəcəklərini bildirmişdilər. 31 Yanvara qədər gözlədim, amma bu baş vermədi.
Hamı bilirdi ki, İnter proyekti mənimçün daha cəlbedici idi. Lakin Lazio və Tottenham də xidmətlərimdə maraqlı idilər. Konte ilə əlaqə saxladım və onunla planlarımızı müzakirə etdik. Bundan əlavə olaraq o, mənim əvvəlcədən məşqçim olmuşdu və məhz o, məni Çelsiyə gətirmişdi, bu, seçimimdə önəmli faktor idi. Bundan əlavə olaraq İnter Champions League`də çıxış edirdi və bu da mənim üçün digər müstəsna məqam idi.
Lazio da məni gətirmək üçün əllərindən gələni etdi və mən onların rəsmi nümayəndəsi ilə Londonda görüşdüm, halbuki keçid alınmadı. Mən Olympique Lyonnais`un prezidenti ilə də telefonda danışmışdım və ona əsas öncəliyimin İnter`ə getmək olduğunu demişdim.