Formula 1 Çin Qran-Prisi noyabrda keçirilə bilər
Ötən həftə Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 Şanxayda aprelin 17-dən 19-dək keçirilməsi planlaşdırılan Formula 1 yarışlarının koronovirusun yayılması səbəbindən təxirə salınması ilə bağlı birgə qərar qəbul etmişdilər. Formula 1 rəhbərliyi yürüşün təşkili ilə bağlı alternativ vaxt müəyyən edib