Napoli Politano`nu heyətinə qatmağa yaxındır
Inter`in yarımmüdafiəçisi Matteo Politano Napoli`yə keçə bilər.
ONBİR Sky Sport Italia`ya istinadən xəbər verir ki, neapollular transfer detallarını milanlılarla razılaşdırıblar. Transferin məbləği 25 milyon avro təşkil edəcək.
Xəbərdə bildirilir ki, Politano`nun Roma klubunun da maraq dairəsində yer alması onun Napoli`yə keçidinə maneyə törədə bilər. Eyni zamanda, Napoli oyunçu ilə müqavilə detallarını razılaşdırmalıdır.
Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi Seria A`da 11 oyuna çıxıb, heç bir qol və ya həlledici ötürmə ilə yadda qalmayıb.