Özbəkistanın sabiq Prezidentinin qızı Gülnara Kərimovaya məxsus evlərdə 985 sənət əsəri aşkar edilib
Özbəkistanın sabiq Prezidentinin qızı Gülnara Kərimovanın bu ölkədəki evlərində ümumilikdə 985 adda sənət əsəri aşkar edilib.
AZƏRTAC xəbər verir ki, həmin əsərlərin arasında rəsmlər, bəzək əşyaları, keramika, ağacdan hazırlanan bədii məmulatlar və digər qiymətli əşyalar var