Azərbaycan idmançısı Polşada keçirilən Torun kuboku turnirinin konkisürmə yarışının qalibi olub
Azərbaycan idmançısı Vladimir Litvintsev Polşada keçirilən Torun kuboku turnirində birinci yeri tutub.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, idmançımız konkisürmə üzrə kişilərin fərdi yarışında ən yüksək nəticə göstərərək qalib adını qazanıb