2020 model Fenerbahçe müdafiəsi
Eintracht Frankfurt`dan müdafiəçi Simon Falette`ni transfer edən Fenerbahçe müdafiə xəttində daha bir oyunçunu heyətinə cəlb etmək fikrindədir. Fenerbahçe rəhbərliyi Alanyaspor`da forma geyən Welinton üçün komandasına təklif göndərməyi planlaşdırır. Alanyaspor ilə 2023 ilinə qədər müqaviləsi olan braziliyalı futbolçu Alanyaspor forması ilə 16 matçda 2 dəfə fərqlənə bilib.
Komandanın ən zəif nöqtəsi olan sol cinah müdafiəçi problemini isə Milan`dan Ricardo Rodriguez ilə həll etməyə çalışan Fenerbahçe hələ ki, Milan`ın istəklərini tam olaraq qarşılaya bilmir. Eyni pozisiya üçün alternativ isə Rizespor`da forma geyən Melnjak`dır. Bu transferdə əsas problem isə Rizespor`un oyunçunu buraxmaq istəməməsidir.
Fenerbahçe əgər sol cinah müdafiəçisi mövqesinə bu oyunçulardan hansısa birini transfer edə bilməsə, artıq razılaşma əldə etdiyi Fabio Coentrao`nu transfer edəcək.