Jesse Sekidika müqaviləsinə tək tərəfli xitam verib
Eskişehirspor klubunun prezidenti Mustafa Akgören Galatasaray`a transferi gündəmdə olan Jesse Sekidika`nın müqaviləsinə tək tərəfli olaraq xitam verdiyini açıqlayıb.
TFF 1-ci liqa klublarından olan Eskişehirspor oyunçunun transferi ilə bağlı bir Anadolu komandası ilə razılaşdıqlarını, lakin Jesse`ni transfer üçün razı sala bilmədiklərini qeyd edib. O, bu açıqlamaları verib:
”Jesse`nin transferi ilə bağlı bir neçə Türkiyə Super Liqasından bir neçə Anadolu komandası ilə razılaşma əldə etdik. Bu transferdən yüksək gəlir əldə etmək planımız var idi. Bununla bağlı da həm oyunçuya, həm də menecerinə xəbər verdik. Meneceri bu təklifi qebul etsə də, Sekidika`nı razı sala bilmədiyini bizə bildirdi. Səhəri gün isə müqaviləsinə tək tərəfli olaraq xitam verdiyi xəbərini eşitdim.”
Qeyd edək ki, artıq bir aydır ki, oyunçunun adı Galatasaray ilə hallanır.