Elxan Məmmədov: AFFA-nın növbəti konfransı yanvarın 28-də keçiriləcək
Bu gün AFFA-nın növbədənkənar konfransı keçirildi. Daha sonra İcraiyyə Komitəsinin iclası təşkil edildi. Növbəti konfrans yanvarın 28-də baş tutacaq. İclasda milli komandanın baş məşqçi məsələsi də müzakirə olundu. Həmin vaxtadək namizədlər siyahısı İcraiyyə Komitəsinin yeni üzvlərinə təqdim ediləcək