“Azəriqaz” bayram günlərində 3070 müştərinin müraciətinə baxıb
“Azəriqaz” İB-nin müştəri xidmətləri bayram günlərində xüsusi rejimdə çalışıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, Birliyin mühəndisləri bayram günlərində (2019-cu il dekabrın 31-dən 2020-ci il yanvarın 6-sı da daxil olmaqla) müştəri xidmətləri sahəsində 3070 müraciətə baxıb